Bir sıra Azərbaycan şirkətləri Polşaya ixrac missiyası çərçivəsində öz məhsullarının ixracına dair ilkin razılıqlar əldə edib. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
““Azerstar” MMC, “Bakukonserv” QSC, “Mars-Fk” MMC, “AHEC” MMC, “Astara çay” MMC şirkətləri istehsal etdiklərin məhsullarının Polşaya ixracına dair ilkin razılıqlar əldə edib”, - deyə məlumatda bildirilir.
İxrac missiyası çərçivəsində Azərbaycan şirkətləri, həmçinin Varşada təşkil olunmuş “Worldfood Polşa” beynəlxalq ərzaq sərgisində “Azərbaycan Ticarət Evi”nin təşkil etdiyi stenddə öz məhsullarını təqdim edib.
Xəbər verildiyi kimi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) 6-10 mart tarixlərində Polşaya ixrac missiyası təşkil edib. İxrac missiyasına şərab və digər spirtli içkilər, qida məhsulları və kosmetik vasitələrin istehsalı ilə məşğul olan 22 Azərbaycan şirkəti daxil olub.*
B.Rüstəmbəyov