Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Sərəncama əsasən, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Yazıçılar Birliyinə 800 min manat, Azərbaycan Bəstəkarlar İttifaqına – 650 min manat, Azərbaycan Rəssamlar İttifaqına – 350 min manat, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına – 300 min manat, Azərbaycan Memarlar İttifaqına – 250 min manat, Azərbaycan Teatr Xadimləri İttifaqına – 250 min manat, Azərbaycan Aşıqlar Birliyinə - 250 min manat ayrılacaq.
Maliyyə Nazirliyinə bu məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb. **
Ə.Məmmədov