Azərbaycan prezidenti İlham Əliyev Şabran rayonunun ərazisində yerləşən, V–VI əsrlərə aid "Çıraqqala" abidəsində möhkəmləndirmə və bərpa-konservasiya işlərinin görülməsi məqsədilə Mədəniyyət Nazirliyinə 2 mln. manat ayırmağı tapşırıb.
İ.ƏIiyev bu gün müvafiq sərəncam imzalayıb, sənəd dövlət başçısının saytında dərc olunub.
Vəsait “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılacaq. **
R.Babayev