Azərbaycan Respublikasının Baş Prokurorluğu və Belarus İstintaq Komitəsi hərtərəfəli tərəfdaşlıqin inkişafı və müqavilə-hüquq bazasının təkmilləşdirilməsi məqsədilə əməkdaşlığa dair saziş imzalayacaq.
“Belarus İstintaq Komitəsinin sədri İvan Noskeviçin rəhbərliyi altında nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Belarus İstintaq Komitəsi və Azərbaycan Respublikasının Baş Prokurorluğu arasında əməkdaşlığa dair sazişin imzalanması planlaşdırılır”, - Komitədən bildirilib.
Cümə axşamı və cümə günü Belarus nümayəndə heyəti azərbaycanlı həmkarlarla birgə tədbirlədə iştirak edəcək.
“İ.Noskeviçin rəhbərliyi ilə nümayəndə heyətinin Azərbaycanın baş prokuroru Zakir Qaralovla görüşü planlaşdırılıb. Həmçinin Azərbaycan Respublikasının Baş Prokurorluğu və Belarus İstintaq Komitəsi hərtərəfəli tərəfdaşlıqin inkişafı və müqavilə-hüquq bazasının təkmilləşdirilməsi məqsədilə əməkdaşlığa dair saziş imzalanması nəzərdə tutulur”, - məlumatda qeyd olunur.
Belarus İstintaq Komitəsinin nümayəndələri Azərbaycan tərəfi ilə ikitərəfli əməkdaşlığın gələcəkdə inkişafı məsələlərini müzakirə etmək, cinayət işinin istintaqının məhkəmədən öncə aparılması və bu sahədə islahatlar üzrə Azərbaycanın təcrübəsinin öyrənilməsi, ilkin istintaq mərhələsində prokuror nəzarətinin həayat keçirilməsi, Azərbaycan Respublikasının Baş Prokurorluğunun xidməti fəaliyyətinin digər aspektlərini müzakirə etmək niyyətindədirlər. **
R.Babayev