Azərbaycan və Bolqarıstan birgə bronjilet istehsalı təşkil etməyi planlaşdırır. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Bolqarıstanın baş naziri Boyko Borisov məlumat verib.
"Azərbaycan və Bolqarıstan hazırda bronjilet istehsalı üzrə birgə müəssisənin yaradılması üzərində işləyir", - deyə B.Borisov bildirib.
Lakin o, müəssisənin harada fəaliyyət göstərəcəyini açıqlamayıb.
Xəbər verildiyi kimi, Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və B.Borisov martın 12-də Sofiyada hərbi əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.*
F.İsazadə