“Bakı Metropoiteni” QSC və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cümə axşamı əlilləyi olan vətəndaşların metrodan asan istifadəsini təmin etmək məqsədilə memorandum imzalayıb.
Sənədi nazir müavini Anar Əliyev və QSC-nin sədr müavini Hidayət Məmmədov imzalayıblar.
Sənəd fiziki güsurlu vətəndaşların metrodan istifadəsi üçün şəraitin yaradılmasına yönəlib. Memorandum sosialyönümlü “Müyəssər Metro” layihəsinin reallaşdırılmasını nəzərdə tutur. Beləliklə, nazirlik və QSC metronu fiziki qüsurlu vətəndaşlar üçün rahat nəqliyyat növünə çevirməyə hazırdır.
Həmçinin, tərəflər bu istiqamətdə yeni layihələrin hazırlanmasını planlaşdırırlar.
“18 vaqonda əlillər üçün xüsusi yerlər var”, - H.Məmmədov bildirib.
Onun sözlərinə görə, fiziki güsurlu vətəndaşların metrodan istifadəsini əlçatan olmasının təminatı məqsədilə metropolitenin “bənövşəyi” xəttinin stansiyalarında qeyd olunan kateqoriya vətəndaşların düşməsi və qalxması üçün xüsusi avadanlıq quraşdırılıb.
“Yenidən qurulan metro stansiyalarında da, misal üçün, Sahil və Bakmil stansiyalarında analoji addlımlar atılır. Bundan əlavə, əlilliyi olan vətəndaşların təhlükəsizliyinin təminatı məqsədilə onlar üçün metropolitendən xüsusi istifadə saatları müəyyən ediləcək. Təbii ki, söhbət “pik saatlar”dan getmir. Bu zaman hətta adi sərnişinlər məlum çətinliklərlə üzləşirlər. Söhbət stansiyadakı əlilliyi olan vətəndaşların metrodan nisbətən sərbəst istifadəsindən gedir. Metropoliten əməkdaşları onlara bu işdə yardım edəcəklər”, - H.Məmmədov qeyd edib.
O vurğulaylb ki, metropoliten və nazirlik tərəfindən xüsusi “qaynar xətt”lər təşkil olunur. Onların vasitəsilə əlilliyi olan vətəndaşlar xidmətin keyfiyyətinin yaxşılaşdırılması təklifləri ilə müraciət edə biləcəklər. **
R.Babayev