Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosila-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 500 mənzilin satın alınmasına dair tender elan edib. Bu barədə nazirliyin elanında deyilir.
Xüsusilə, nazirlik Bakıda 310 bir, iki və üçotaqlı mənzil, Sumqayıtda – 130 mənzil, Gəncədə - 35 mənzil, Şirvanda – 25 mənzil satın almaq niyyətindədir.
Tenderdə iştirak haqqı 1 min manat təşkil edir.
Bundan əlavə, ƏƏSMN bu kateqoriyadan olan şəxslər üçün 300 fərdi evin tikintisinə dair podratçı seçimi məqsədilə tender elan edib.
Tender çərçivəsində Azərbaycanın 25 şəhər və rayonunda 220 üçotaqlı və 80 ikiotaqlı fərdi evin tikintisi planlaşdırılır.
Bu tenderdə iştirak haqqı 3 min manatdır.
Hər iki tender üzrə təkliflər 2 may 2019-cu il tarixinədək qəbul olunur. Təkliflərin açılması mayın 3-də baş tutacaq. **
Ə.Məmmədov