Xarici işlər naziri Elmar Məmmədyarov ümid edir ki, cari ilin oktyabr ayında Bakıda keçiriləcək Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 18-ci sammitinə Argentina yüksək səviyyədə təmsil olunacaq.
E.Məmmədyarov Argentinanın Azərbaycandakı səfiri Serxio Osvaldo Perez Qunellanın etimadnaməsinin surətini qəbul edib.
“Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının Bakı sammitinə Argentinanın müşahidəçi qismində dəvət edildiyini vurğulayan E.Məmmədyarov bu tədbirdə Argentina tərəfinin yüksək səviyyədə təmsil olunacağına ümidvar oduğunu qeyd etdi”, - məlumatda deyilir.
Nazir Azərbaycanla Argentina arasında münasibətlərin inkişaf etdiyini qeyd edərək, gələcəkdə tərəflər arasında əməkdaşlığın daha da genişlənəcəyinə əmin olduğunu diqqətə çatdırdı.
“Xüsusilə, E.Məmmədyarov iqtisadi, ticarət və turizm kimi sahələrdə əlaqələrin irəli aparılması baxımından perspektivlər mövcud olduğu vurğuladı”, - məlumatda qeyd olunur.
S.Qunella öz növbəsində ölkəsinin bütün sahələrdə xüsusilə iqtisadi müstəvidə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib. **
F.İsazadə