Aprelin 30-da “AzRe Təkrarsığorta” şirkətinin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“Yığıncaqda şirkətin 2018-ci il üzrə maliyyə fəaliyyətinin yekunları müzakirə olunacaq. Bundan başqa, səhmdarlar bölüşdürülməmiş mənfəət hesabına dividendlərin ödənilməsi məsələsini həll edəcəklər”, - deyə məlumatda bildirilir.
Həmçinin “AzRe Təkrarsığorta” şirkətinin cari fəaliyyəti ilə bağlı digər məsələlər də müzakirə mövzusu olacaq.
Xəbər verildiyi kimi, 2018-ci ilin yekunları üzrə şirkətin xalis mənfəəti 25 mln. 64 min 375,17 manat təşkil edib.
“AzRe Təkrarsığorta” Azərbaycanda fəaliyyət göstərən yeganə təkrar sığorta şirkətidir. Nizamnamə kapitalı 50 mln. manata bərabərdir.*
Ə.Məmmədov