“Azərbaycan Dəmir Yolları” QSC 2019-cu ildə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə 600 min ton həcmində yük daşınmasını planlaşdırır. Bu barədə QSC-nin sədri Cavid Qurbanov deyib.
“2017-ci ildə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə 27 min ton, 2018-ci ildə - 287 min ton yük daşınıb. İlk 2 ayın göstəriciləri 2019-cu ilin yekunları üzarə bu istiqamətdə yükdaşımaların həcminin ən azı 600 min ton səviyyədə olacağını deməyə imkan verir”, - C.Qurbanov bu gün jurnalistlərə bildirib.
O, həmçinin qeyd edib ki, Şimal-Cənub layihəsi çərçivəsində Azərbaycan ərazisində 14 km uzunluğunda yolun bir hissəısi və dəmir yolu körpüsü inşa olunub.
“Bundan əlavə, İran ərazisində (Astarada - İF) Azərbaycanınn icarəyə götürdüyü ərazidə artıq yük terminalı fəaliyyət göstərir”, - o əlavə edib.
Xəbər verildiyi kimi, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Hindistan və Fars körfəzi ölkələrindən Rusiya, Qərbi Avropa, Baltika və Skandinaviya ölkələrinə nəqlini nəzərdə tutur. Əgər Fars körfəzi, Süveyş kanalı, Aralıq dəniz ilə yüklərin nəqli 45-60 günə başa gəlirdisə, “Şimal-Cənub” dəhlizi ilə yüklərin çatdırılması 20-25 gün təşkil edəcək.
Bu istiqamətdə daşımaların inkişafı məqsədilə 2005-ci ildə Azərbaycan, İran və Rusiya İran ərazisində 375 km uzunluğunda və Azərbaycan ərazisində Astar ilə Azərbaycan-İran sərhədi arasında dəmir yolununhissələrinin tikintisi, o cümlədən, Azərbaycan ərazisində artıq mövcud dəmir yolunun yenidənqurulmasına dair saziş imzalanıb.
2018-ci ilin noyabr ayında Azərbaycan, Rusiya və İran "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə yük daşımalarının gələcək inkişafı üçün işçi qrupun yaradılması, eləcə də müvafiq monitorinq sisteminin yaradılmasına dair qərar qəbul edilib.
Layihə çərçivəsində İran ərazisində Azərbaycanın Astara dəmir you stansiyasını İranın Astara, Reşt və Qəzvin şərhərləri ilə birləşdirəcək yeni dəmir yolu qolunun tikintisi nəzərdə tutulur. 2019-cu il martın 6-da Qəzvin-Rəşt dəmir yolu istismara verilib.
O cümlədən, İranın Astara şəhərində 35 hektar sahədə 4 yükləmə-boşaltma terminal və dəmir yolu stansiyasının tikinti işləri aparılır. Tikinti işlərinin 2020-ci ilin birinci rübünün sonunadək tam başa çatdırılması gözlənilir. Azərbaycan hökuməti 25 il müddətinə ADY-nin icarəısinə veriləcvək terminalların tikintisinə $60 mln. yatıracaq. **
N.Abbasova, B.Rüstəmbəyov