Bakı və Tehran Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının iclaslarının hər il keçirilməsi barədə razılığa gəlib. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
"İranla sıx əlaqələri və onların əhəmiyyətini nəzərə alaraq hökumətlərarası komissiyanın iclaslarının hər il keçirilməsinə qərar verilib", - deyə Ş.Mustafayev komissiyanın bu gün Bakıda keçirilən 13-cü iclasının yekunları üzrə qeyd edib.
İclasın sonunda müvafiq protokol imzalanıb.
Ş.Mustafayev vurğulayıb ki, protokolda müxtəlif sahələrdə - energetika, infrastruktur, nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsinə dair planlar öz əksini tapıb.
Nazir qeyd edib ki, İran və Azərbaycan arasında yaxşı hüquqi baza yaradılıb. "Ümumilikdə 150-yə yaxın sənəd, son beş il ərzində isə 50 sənəd imzalanıb", - deyə o əlavə edib.*
B.Rüstəmbəyov