2019-cu ilin yanvar-fevral aylarında Azərbaycanda ÜDM 3% (2018-ci ilin yanvar-fevral aylarında artım 1,3%) artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Cari ilin yanvar-fevral aylarında ÜDM-nin nominal həcmi 11 mlrd. 484,5 mln. manat təşkil edib.
Bu dövrdə ÜDM-nin əhalinin hər nəfərinə düşən həcmi 1163,8 manat təşkil edib.
Azərbaycan hökuməti 2019-cu ildə ÜDM-nin 3,6% artacağını proqnozlaşdırır.
2018-ci ildə Azərbaycanda ÜDM 1,4% artıb.*
A.Əzizov