2019-cu ilin yanvar-fevral aylarında Azərbaycan 5 mln. 781,439 min ton bəyan edilmiş neft ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“Cari ilin yanvar-fevral aylarında Azərbaycandan ixrac olunmuş $2 mlrd. 603 mln. 955,57 min dəyərində neftin bəyan edilmiş həcmi 5 mln. 781,785 min ton təşkil edib”, - deyə məlumatda bildirilir.
2018-ci ilin yanvar-fevral aylarında ixrac edilmiş $1 mlrd. 827 mln. 303,52 min məbləğində neftin bəyan edilmiş həcmi 3 mln. 648,802 min ton təşkil edib. Beləliklə, 2019-cu ilin hesabat dövründə neft ixracı miqdar ifadəsində 58,4%, dəyər ifadəsində 42,5% artıb.
2018-ci ildə Azərbaycandan ixrac olunmuş $15 mlrd. 719 mln. 482,37 min dəyərində neftin bəyan edilmiş həcmi 29 mln. 498,337 min ton təşkil edib.*
N.Abbasova