2019-cu ilin yanvar-fevral aylarında gömrükdə Azərbaycandan bəyan olunmuş qaz həcminin ixracı 2 mlrd. 19 mln. 599,2 min kubmetr təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilir.
“Cari ilin yanvar-fevral aylarında Azərbaycandan $212 mln. 357,69 min məbləğində bəyan olunmuş qazın ixracı 2 mlrd. 19 mln. 599,2 min kubmetr təşkil edib”, - Komitədən qeyd ediblər.
2018-ci ilin yanvar-fevral aylarında Azərbaycandan $29 mln. 428,88 min məbləğində bəyan olunmuş qazın ixracı 205 mln. 48,95 min kubmetr təşkil edib. Beləliklə, 2019-cu ilin hesabat dövründə qaz ixracı say ifadəsində 9,8 dəfə, pul ifadəsində 7,2 dəfə artıb.
2018-ci ildə Azərbaycandan $1 mlrd. 499 mln. 385,84 min məbləğində bəyan olunmuş qazın ixracı 7 mlrd. 900 mln. 12,99 min kubmetr təşkil edib. **
N.Abbasova