2019-cu ilin yanvar-fevral aylarında Azərbaycanda neft hasilatı 6 mln. 371,9 min ton təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisinə uyğundur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Cari ilin yanvar-fevral aylarında həmçinin əmtəə neftinin hasilatı 6 mln. 363,9 min ton təşkil edib (2018-ci ilin yanvar-fevral aylarının hasilatına uyğundur).
2019-cu ilin yanvar-fevral aylarında Azərbaycanda 5 mlrd. 952,8 mln. kubmetr qaz hasil olunub (2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə artım 25,9%). Eyni zamanda, hesabat ayında əmtəə qazının hasilatı 3 mlrd. 907 mln. kubmetr təşkil edib (artım 34,3%).
Hökumətin proqnozlarına əsasən, 2019-cu ildə Azərbaycanda neft hasilatı 38 mln. 496,4 min ton, qaz hasilatı 36 mlrd. 909,2 mln. kubmetr, həmçinin əmtəə qazının hasilatı 24 mlrd. 732 mln. kubmetr təşkil edəcək.
2018-ci ildə Azərbaycanda neft hasilatı 38 mln. 758 min ton, qaz hasilatı 30 mlrd. 592,2 mln. kubmetr təşkil edib. **
N.Abbasova