Şənbə gününə keçən gecə Bakı şəhərinin Nizami rayonunda baş vermiş yanğın nəticəsində 2 nəfər həlak olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumat verilib.
“Bakının Nizami rayonunda dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki 2 otaqlı mənzildə yanğın baş verib. Yanğının kəşfiyyatı zamanı 2 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub”, - deyə məlumatda bildirilir.
Yanğın söndürülüb.*
R.Babayev