Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Cəlilabad rayon sakinindən 15 kq-a yaxın narkotik maddə, o cümlədən 8 kq-dan çox heroin götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
“Ə.Baxşiyevin avtomobilindən 1 kiloqram heroin, onun yaşadığı evdən isə əlavə olaraq 7,375 kq heroin, 5,135 kq tiryək və 815 qram metamfetamin aşkar edilərək götürülüb”, - deyə məlumatda bildirilir.
Faktla bağlı cinayət işi başlanılıb.*
R.Babayev