Dövlət Sərhəd Xidməti (DSX) Qazax rayon sakini olan ruhi əsəb xəstəsi tərəfindən Azərbaycan-Ermənistan sərhədinin pozulması barədə məlumat yayıb.
“Ermənistan Respublikasının bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının vətəndaşının sərhəd pozucusu qismində saxlanılması barədə məlumat yayılıb.
“Bu məlumatla əlaqədar Dövlət Sərhəd Xidməti bildirir ki, mart ayının 15-dən 16-na keçən gecə Azərbaycan Respublikası ərazisindən müqabil istiqamətdə 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozması qeydə alınıb, həmin şəxsin Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu olması müəyyən olunub”, - deyə məlumatda bildirilir.
Araşdırma zamanı həmin şəxsin ruhi əsəb xəstəliyi ilə əlaqədar 2-ci qrup əlil olması məlum olub.
“Azərbaycan vətəndaşı Ermənistan sərhədini keçməyə cəhd edərkən zərərsizləşdirilib”, - deyə bu gün Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib.
“Aşağı ətraf nahiyəsindən yaralanan şəxsə ilkin tibbi yardım göstərilib. Onun həyatı üçün təhlükə yoxdur”, - deyə o qeyd edib.*
R.Babayev