Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər həlak olub, 3 nəfər yaralanıb. Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
“Hacı Zeynalabdin qəsəbəsi ərazisində “Hyundai”markalı minik avtomobilinin "KamAZ" markalı yük maşını ilə toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb”, - deyə məlumatda bildirilir.
Bakı şəhər sakini V.Zəkiyev idarə etdiyi “Hyundai” markalı avtomobili qarşıda gedən “QAZ-31029” markalı avtomobilə, sonradan isə idarəetməni itirdiyindən yolun kənarında dayanmış “KamAZ” markalı avtomobilə vurub. Nəticədə V.Zəkiyev və sərnişinlərindən qardaşı Mikayıl hadisə yerində ölüb, digər 3 sərnişini isə xəstəxanaya yerləşdirilib.*
R.Babayev