Bakı və Moskva energetika sahəsində əməkdaşlığın möhkəmləndirilməsi haqqında Memorandum imzalamağı planlaşdırır. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
Bakıda OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov və Rusiya Federasiyasının energetika naziri Aleksandr Novak Rusiya istiqamətində neftin nəqli, Azərbaycan-Rusiya-İran enerji sistemlərinin əlaqələndirilməsi, “Star” neft emalı zavoduna Rusiya neftinin təchizi, “Türk axını” layihəsi və s. digər məsələlərə dair fikir mübadiləsi aparıblar.
“Tərəflər əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsi məqsədilə hər iki ölkənin müvafiq nazirlikləri arasında Anlaşma Memorandumunun imzalanması barədə razılığa gəliblər", - deyə məlumatda bildirilir.
Memorandumun imzalanacağı tarix barədə məlumat verilmir.*
N.Abbasova