2019-u ilin yanvar-fevral aylarında Azərbaycanda neft məhsullarının istehsalı 2018-ci ilin mavafiq dövrü ilə müqayisədə 0,2% - 461,136 mln. manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə birbaşa qovulan benzin istehsalı 43,6% - 53.7 min tonadək, kerosin istehsalı 16,7% - 103,5 min tonadək, dizel yanacağı istehsalı 3,4% - 339,4 min tonadək artıb.
Yanvar-fevral aylarında avtomobil benzini istehsalı 4,6% - 199,9 min tonadək, neft bitumu istehsalı 33,2% - 24,3 min tonadək, soba mazutu istehsalında 21,8% - 9,7 min tonadək, sürtkü yağı istehsalı 4% - 2,4 min tonadək, neft koksu istehsalı 1,2% - 40 min tonadək azalma qeydə alınıb.
Hazırda Azərbaycanda Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir.**
B.Rüstəmbəyov