2019-cu ilin yanvar-fevral aylarında Azərbaycanda 606,4 mln. manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 3,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə 585 mln. manat məbləğində heyvandarlıq, 21,4 mln. manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 2,5%, bitkiçilik məhsullarının istehsal həcmi 43,7% artıb.
Bundan başqa, yanvar-fevral aylarında respublikada 80,5 min ton ət (artım 3%), 304,9 min ton süd (artım 1,7%), 283 mln. ədəd yumurta (artım 0,4%) istehsal edilib.
Yanvar-fevral aylarında istixana təsərrüfatlarından 27,3 min ton tərəvəz yığılıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,7% çoxdur.
2018-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 4,6% artıb.*
B.Rüstəmbəyov