2019-cu ilin yanvar-fevral aylarında Azərbaycanın sənaye sahəsinə investisiya qoyuluşları ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 22,2% - 846,5 mln. manatadək azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, yanvar-fevral aylarında Azərbaycan iqtisadiyyatına bütün investisiya qoyuluşlarının 49,5%-i sənaye sahəsinə yönəldilib.
Hesabat dövründə mədənçıxarma sənayesinə investisiya qoyuluşları 696 mln. manat (azalma 21,9%) təşkil edib.
Emal sənayesinə 60,6 mln. manat (azalma 13%) həcmində investisiya qoyulub.
Elektrik enerjisi, qaz istehsalı və bölüşdürülməsi sahəsinə 46,6 mln. manat (artım 31,6%) investisiya qoyulub.
Bütövlükdə, yanvar ayında nəqliyyat və anbar təsərrüfatı sahəsinə 307,2 mln. manat (artım 41,4%), rabitə və informasiya sahəsinə 26,2 mln. manat (artım 7,1 dəfə), dövlət idarəçiliyi, müdafiə və icbari sosial təminat sahəsinə 40,1 mln. manat (azalma 43,8%), təhsil sahəsinə 41,7 mln. manat (artım 169,7 dəfə) investisiya qoyuluşu həyata keçirilib.
Qalan investisiyalar iqtisadiyyatın digər sektorlarının payına düşüb.
2018-ci ildə Azərbaycanın sənaye sahəsinə investisiya qoyuluşları 8 mlrd. 653,8 mln. manat təşkil edib, bu da 2017-ci ilin göstəricisindən 21,1% azdır. **
B.Rüstəmbəyov