Azərbaycanın gömrük orqanları tərəfindən 913 min ədədə yaxın pirotexniki vasitə müsadirə edilib. Bu barədə Dövlət Gömrük Komitəsinin saytında məlumat verilir.
“Bakı Baş Gömrük İdarəsi əməkdaşları "Mercedes-Benz 408" markalı yük avtomobilində Azərbaycan vətəndaşına məxsus müxtəlif markalı 912,989 min ədəd pirotexniki vasitə aşkar ediblər”, - deyə məlumatda bildirilir.
Faktla bağlı araşdırma aparılır.*
R.Babayev