2019-cu ilin yanvar-fevral aylarında Azərbaycanda minik avtomobillərinin istehsalı 176 ədəd təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Cari ilin yanvar ayında 89 ədəd, fevralda – 87 ədəd avtomobil istehsal olunub (2018-ci ilin yanvar-fevral aylarında avtomobillərin istehsalı həyata keçirilməyib).
1 mart 2019-cu il tarixinə anbarlarda 189 ədəd avtomobil var.
Cari ilin yanvar-fevral aylarında Azərbaycanda müəxtəlif təyinatlı traktorların istehsalı 2,1 dəfə - 288 ədədə qədər artıb. 1 mart tarixinə anbarlarda 100 ədəd traktor var.
Hazırda Azərbaycanda avtomobil istehsalı üzrə 3 zavod fəaliyyət göstərir: Neftçala, Gəncə və Naxçıvanda. Eyni zamanda, Gəncədə zavod kənd təsərrüfatı texnikasının istehsalı ilə məşğul olur. **
B.Rüstəmbəyov