Prezident İlham Əliyev bu gün Bakıda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) enerji və sənaye naziri Süheyl Məhəmməd əl-Məzrui ilə görüşdə neft-qaz sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.
“Tərəflər Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında enerji, neft-qaz, neft-kimya, bərpa olunan enerji, müxtəlif iqtisadi layihələr sahəsində əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar”, - deyə dövlət başçısının saytında məlumat verilir.
Prezident İ.Əliyev Azərbaycan ilə BƏƏ arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gələn turistlərin sayının artdığını bildirən dövlət başçısı bunu dostluq əlaqələrimizin təzahürü kimi dəyərləndirib.*
F.İsazadə