Azərbaycan Mərkəzi Bankı tərəfindən 18 mart 2019-cu il tarixində tədavülə yeni 10 manatlıq pul nişanı buraxılıb.
“Tədavülə buraxılmasından 13 il keçməsinə baxmayaraq bu pul nişanları öz estetik görünüşünə, konseptual mövzusuna, müasirliyinə və mühafizə sistemlərinə görə aktuallığını hələ də qoruyur. Bununla yanaşı, hazırda dünyada pul nişanlarının yaradılması və istehsalı sahəsində bir çox yeniliklər baş verir, pulların dizaynının və mühafizə sistemlərinin təkmilləşdirilməsi istiqamətində yeni innovasiyalar, nano və mikro texnologiyalar geniş tətbiq olunur”, - AMB-nin məlumatında deyilir.
Bununla əlaqədar AMB Tərəfindən dizayn mövzusu “Azərbaycan tarixinə” həsr olunmuş 10 manatlıq pul nişanının təkmilləşdirilməsi və mühafizə elementlərinin müasirləşdirilərək daha yüksək standartlara uyğulaşdırılması həyata keçiriliB.
Öncə 2018-ci ilin may ayında Azərbaycan Mərkəzi Bankı tərəfindən tədavülə 200 manatlıq pul nişanı buraxılıb.
Hazırda 1,5,10,20,50,100 və 200 manatlıq pul nişanları dövriyyədədir. **
B.Rüstəmbəyov