Aprelin 30-da “VTB Bank (Azerbaijan)” ASC-nin səhmdarlarının ümumi illik yığıncağı keçiriləcək. Bu barədə bankdan məlumat verilir.
“2019-cu il aprelin 30-da bankın baş ofisində səhmdarların ümumi yığıncağı keçiriləcək. Yığıncaqda səhmdarlar 2018-ci il ərzində maliyyə hesabatını, bir sıra sövdələşmələri təsdiq etməlidirlər”, - məlumatda qeyd edilir.
Bundan başqa, səhmdarlar bankın Müşahidə Şurasının tərkibini müzakirə edəcəklər.
2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təqdir edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 99,99%-i “VTB Bank” ASC-yə, 0,01%-i fiziki şəxsə məxsusdur. **
Ə.Məmmədov