Azərbaycanın gömrük orqanları İrandan Gürcüstana 306,71 kq heroinin qanunsuz tranzitinin qarşısını alıb. Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.
“İran vətəndaşları Məcid Əzizikeşki və Ruhulla İmani narkotik vasitəni "Scania" və "Volvo" markalı yük avtomobillərindəki "daş bloklar"ın içərisində İrandan Gürcüstana keçirməyə cəhd ediblər”, - deyə məlumatda bildirilir.
Biləsuvar gömrük postunda yoxlama zamanı rentgen qurğusu vasitəsilə qanunsuz yük aşkarlanıb.
“Yük maşınları təkrar yoxlanılıb. Nəticədə daş blokların içində gizlədilmiş qanunsuz yük aşkarlanıb. Yoxlama zamanı daş blokların içərisində 189 polietilen torbada qablaşdırılmaları ilə birlikdə 306,71 kq heroin aşkar edilib”, - deyə məlumatda qeyd olunur.*
R.Babayev