2019-cu ilin yanvar ayında Azərbaycana kondisioner idxalı 2018-ci ilin yanvar ayı ilə müqayisədə 53,8% - 3,392 min ədədə qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri $1 mln. 54,6 min məbləğində qiymətləndirilir (artım 32,2%).
Yanvarda Azərbaycana $5 mln. 917,4 min (artım 1,8 dəfə) dəyərində 38,367 min ədəd (artım 21%) hesablama maşını, blok və qurğusu idxal olunub.
Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 1,9% - 13,411 min ədədə qədər artıb. İdxalın ümumi dəyəri $1 mln. 957,1 min (artım 1,7%) təşkil edir.**
B.Rüstəmbəyov