Azərbaycan prezidenti İlham Əliyev Salyan şəhərində Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evinin və Uşaq Xəstəxanasının əsaslı təmiri və zəruri tibbi avadanlıqlarla təchiz edilməsi məqsədilə Səhiyyə Nazirliyinə 2 mln. manat ayırmağı tapşırıb.
Müvafiq sərəncam bu gün dövlət başçısının saytında dərc olunub.
Vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq. **
N.Abbasova