Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2019-cu ildə müharibə əlilləri və onlara bərabər tutulanları əlavə olaraq 400-dən artıq avtomobil ilə təmin edəcək. Bu barədə nazirlikdən məlumat verilir.
Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi respublikanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olmuş, Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlilliyi olmuş şəxslərin, II dünya müharibəsi əlillərinin və onlara bərabər tutulanların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillə təmin edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 5 mln. manat ayırmağı tapşırıb.
“Bu da 2019-cu ildə həmin insanlara verilməsi üçün əlavə olaraq 400-dən artıq avtomobilin alınmasına imkan verəcək”, - məlumatda deyilir.
“Cari ildə nazirlik tərəfindən müharibə əlillərinə və onlara bərabər tutulanlara nəzərdə tutulduğundan (180 avtomobil) 3 dəfədən çox olmaqla 600-ədək avtomobil təqdim olunacaq”, - məlumatda vurğulanır.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi və 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar, habelə hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslərin, Böyük Vətən müharibəsi əlillərinin, Çernobıl əlillərinin dövlət hesabına minik avtomobilləri ilə təmin olunmasıdır. Proqramın davamı olaraq, 2018-ci ildə həmin insanlara daha 265 avtomobil verilməklə, ötən dövrdə təqdim olunan minik avtomobillərinin sayı 6 144-ə çatıb. **
R.Babayev