Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin yeni hərbi hissəsinin açılışında iştirak edib. Bu barədə bu gün nazirliyin saytında məlumat verilir.
“Açılışda çıxış edən E.Quliyev Azərbaycan sərhədçilərinin Ermənistanla dövlət sərhədinin Qazax və Ağstafa rayonlarının ərazisindən keçən hissəsindəki təmas xəttində xidmət keçməsinin dövlət sərhədinin təhlükəsizliyinin təmin olunması nöqteyi-nəzərindən əhəmiyyətini qeyd edib”, - deyə məlumatda bildirilir.
O bildirib ki, Azərbaycan sərhədçisiAzərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevinəmr və tapşırıqlarını böyük şərəflə icra etməyə hər zaman hazırdır.
DSX rəisi düşmənlə təmas xəttində yerləşən sərhəd döyüş məntəqələrində xidməti-döyüş fəaliyyətinin vəziyyəti ilə tanış olub.*
R.Babayev