2019-cu ilin yanvar ayında Azərbaycana 34,877 min ton mineral gübrə idxal edilib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 1,8 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar ayında ölkəyə idxal olunan mineral gübrələrin ümumi dəyəri $10 mln. 170,8 min (artım 1,6 dəfə) təşkil edib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycana $622,4 min dəyərində (azalma 31,9%) 3,405 min ton (artım 1,6 dəfə) sement və sement klinkeri idxal edilib.
Yanvar ayında respublikaya $2 mln. 920,4 min dəyərində (azalma 15,6%) 2,45 min ton (azalma 4,5%) polietilen idxal edilib.
Hesabat dövründə Azərbaycana $17 mln. 88,1 min dəyərində 23,725 min ton (azalma 9,5%) metalyayma məhsulu, $4 mln. 436,5 min dəyərində 8,028 min ton (artım 17,6%) qara metaldan hazırlanan çubuqlar, $2 mln. 735,9 min dəyərində 3,769 min ton (artım 31,2%) qara metaldan hazırlanan günyə, $23 mln. 725 min dəyərində 13,881 min ton (azalma 13,7%) qara metaldan hazırlanan boru idxal edilib.*
B.Rüstəmbəyov