Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə daha əvvəl keçirilmiş üç görüşü müsbət qiymətləndirib və Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə qarşıdakı görüşün müsbət nəticə verəcəyinə ümid edir.
"Azərbaycan prezidenti ilə daha əvvəl keçirilmiş üç görüşü və baş tutacaq dialoqu müsbət hesab edirəm", - deyə N.Paşinyan bu gün Yerevanda keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hər iki dövlətin liderləri Qarabağ münaqişəsinin sülh yolu ilə həllində iştirak etməlidirlər.*