Prezident İlham Əliyev bu gün “Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin yaradılması haqqında” fərman imzalayıb.
Sənədə əsasən Mərkəz Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin tabeliyində olan Xüsusi Layihə-Smeta Bürosunun və Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin əsasında yaradılır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində yaradılan Ərazi Tikinti-Planlaşdırma Mərkəzi publik hüquqi şəxs statusuna malikdir.
Mərkəzdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi, Mərkəzin nizamnaməsinin təsdiq edilməsi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, Mərkəzin yenidən təşkili və ləğv edilməsi Azərbaycan Respublikasının Prezidentinə həvalə edilir.*
F.İsazadə