15-17 may tarixlərində Bakıda Azərbaycan Beynəlxalq Qida Sənayesi WorldFood Azerbaijan 2019 sərgisi keçiriləcək. Bu barədə tədbirin təşkilatçısı olan “Iteca Caspian” şirkətinin məlumatında deyilir.
““WorldFood Azerbaijan 2019” sərgisində Litva, Rusiya, Ukrayna, Xorvatiya və digər ölkələri təmsil edən, aşağıdakı sahələrdə özlərinin ən son məhsul və xidmətlərini təqdim edən 200-dən artıq eksponentin iştirakı planlaşdırılır: qənnadı məmulatları, süd məmulatları, ət və quş əti məmulatları, şirələr, çay və qəhvə məhsulları, tütün, eləcə də meyvə-tərəvəz üçün avadanlıqlar, metal konstruksiyalar, birkalama avadanlıqları və s. Belarus, İtaliya, Türkiyə, Şri-Lanka və Rusiyanın regional qrupları isə tədbirdə milli stendlərlə çıxış edirlər”, - deyə məlumatda bildirilir.
Builki sərginin debütantı - “UAB Fleur Alpine” şirkəti sərgidə uşaq qidalarını təqdim edəcək.*
B.Rüstəmbəyov