2019-cu ilin yanvar-fevral aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 303,2 mln. sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 486,6 min nəfər (artım 19,6%), dəniz nəqliyyatı ilə 2,5 min nəfər (artım 66,7%), hava nəqliyyatı ilə 289,5 min nəfər (azalma 0,7%), metro vasitəsi ilə 36,4 mln. nəfər (azalma 0,2%) daşınıb.
Bu ilin yanvar-fevral aylarında avtomobil nəqliyyatı vasitələri ilə 266 mln. sərnişin (artım 1,5%), avtobuslarla 256,3 mln. sərnişin (artım 1,5%), taksilərlə 9 mln. 763 min sərnişin (artım 2,4%) daşınıb.*
B.Rüstəmbəyov