“Nordwind” aviaşirkəti 2019-cu il may ayının 1-dən müntəzəm və çarter reyslərində (ekonom-sinif) yüklərin daşınması normasını 20 kq-dan 15 kq-dək azaldır. Bu barədə aviaşirkətin məlumatında deyilir.
Bu dəyişiklik Rusiya və Özbəkistan, Tacikistan, Ermənistan və Azərbaycan arasında müntəzəm uçuşlara şamil olunmayacaq, yəni norma 20 kq olaraq qalacaq.*