Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın bu respublikadakı yeni səfiri Linn Treysi ilə görüşüb. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat verir.
Məlumata görə, görüşdə N.Paşinyan bəyan edib ki, İrəvan inkişaf və demokratiyanın möhkəmlənməsi, korrupsiya ilə mübarizə, insan haqları və söz azadlığının güclənməsi yolunda əminliklə irəliləyir.
“Baş nazir ABŞ ilə qeyd olunan sahələrdə əməkdaşlıq və birgə proqramların reallaşdırılmasını vacib hesab edir”, - mətbuat xidmətindən qeyd ediblər.
Məlumatda deyilir ki, L.Treysi “demokratik gündəlik, antikorrupsiya fəaliyyəti, iqtisadiyyat, siyasət, regional və beynəlxalq təhlükəsizlik məsələlərində ABŞ-ın suveren Ermənistana güclü köməyini təsdiq edib”. Görüşdə tərəflər həmçinin Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər. **