İranın xarici işlər naziri Cavad Zərif Yaxın Şərqdə qeyri-sabitliyin əsas müqəssiri qismində ABŞ-ı görür.
“Yaxın Şərqdə qeyri-sabitliyin yeganə əsas mənbəyi ABŞ-dır”, - C.Zərif Twitter-də yazıb.
“Beynəlxalq qanunların müntəzəm pozulması, suveren dövlətlərə hədə-qorxu gəlmək ... səhvən gücün sübutü hesab olunur. Bu belə deyil”, - o əlavə edib.
“Bu ağılsızlıq yalnız sönən imperiyanın panikasını nümayiş etdirir”, - İran XİN başçısı vurğulayıb. **