Azərbaycanın hüquq-mühafizə orqanları mənzillərdən bir neçə iri oğurluq faktlarının üstünü açıblar. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilir.
“Zərdab RPŞ-nin əməkdaşları tərəfindən mənzildən oğurluq törətməkdə şübhəli bilinən rayon sakini Azad İsmayılzadə saxlanılıb. Araşdırmalarla onun 9,85 min manat dəyərində qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib”, - məlumatda deyilir.
Bundan başqa Zərdab rayon sakini Əfqan Teymurlunun evindən 2 min manat dəyərində qızıl əşyaları oğurlandığı barədə RPŞ-yə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində oğurluğu törədən şəxsin Ə.Teymurlunun Mingəçevir şəhərində yaşayan qardşı Cahangir Teymurlu olduğu müəyyən edilib.
“Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Zamin İbrahimov saxlanılıb. Dindirilmə zamanı Z. İbrahimov 3 min manata yaxın qızıl əşyaları və pul oğurladığını etiraf edib”, - DİN-dən məlumat verilir.
Həmçinin,Ağcabədi rayon ərazisindəki evlərin birindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakinləri Roman Əsədov, Röyal Hüseynov, Əlimərdan İsmayılov saxlanılıb. Araşdırmalarla onların 3 min manat dəyərində məişət əşyaları oğurladığı müəyyən edilib.**
R.Babayev