Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyənin lidri Rəcəb Tayyip Ərdoğanın səfərinin aprelin 8-də planlaşdırıldığını təsdiq edib. İki ölkənin liderləri Yüksək SəviyyəliƏməkdaşlıq Şurasının iclasını keçirəcəklər.
“Bəli. Yüksək SəviyyəliƏməkdaşlıq Şurasının iclasına hazırlıq işləri aparılır”, - D.Peskov “İnterfaks”ın sualına cavabında bildirib.
Bundan əlavə, V.Putin və R.Ərdoğan aprelin 8-də Moskvada Bolşoy Teatrda keçirilməsi nəzərdə tutulan Rusiya və Türkiyə Mədəniyyət Günlərinin açılışında birgə iştirak etməyə dair razılığa gəliblər. **