Azərbaycan prezidentiİlham Əliyev Mosul şəhəri yaxınlığında Dəclə çayında bərənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar İraq Respublikasının pezidenti Bərham Salehə başsağlığı verib.
“Dəclə çayında bərənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi”, - Azərbaycan prezidentinin saytında dərc olunan başsağlığı məktubunda deyilir.
İ.Əliyev baş vermiş faciə ilə əlaqədar İraq prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İraq xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib. **
R.Babayev