Martın 25-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə gedəcək. Bu barədə nazirlikdən məlumat verilir.
“Səfər çərçivəsində Z.Həsənov Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Əməliyyatlarını yerinə yetirən ölkələrin Müdafiə nazirlərinin Nyu-York şəhərində keçirilən toplantısında iştirak edəcək”, - məlumatda deyilir.
Müdafiə nazirinin BMT Baş Katibinin müavini - BMT-də Sülhməramlı Əməliyyatlar Departamentinin rəhbəri cənab Jan Pyer Lakrua və toplantıda iştirak edən digər ölkələrdən olan həmkarları ilə görüşləri nəzərdə tutulub.
“Görüşlərdə regional təhlükəsizlik, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsi, eləcə də ölkəmizin BMT-nin sülhməramlı əməliyyatlarda iştirakının perspektivləri müzakirə olunacaq”, - nazirlikdən bildiriblər. **
R.Babayev