Gürcüstanın keçmiş xarici işlər naziri, 2018-ci ildə prezidentliyə müxalifətdən olan namizəd Qriqol Vaşadze “Vahid Milli Hərəkat” müxalif partiyasının bazar günü Tbilisdə keçirilən qurultayında partiyanın sədri seçilib.
Qurultay zamanı partiyanın təsisçisi, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deleqatlara video müraciət ünvanlayıb. O bəyan edib ki, bu gün müxalifət tərəfindən çıxış edir, lakin istənilən zaman hakimiyyətdə ola bilər.
Bundan əlavə, M.Saakaşvili qeyd edib ki, mümkün olan kimi Gürcüstana qayıdacaq.
Öz növbəsində, yeni sədr Q.Vaşadze qurultayda bəyan edib ki, hakimiyyətə gəlmək üçün partiyanın heç bir “sehirli çubuğu” yoxdur. **