“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) əsaslı təmirdən sonra “Zəngəzur” tankerini istismara qəbul edib. Bu barədə cəmiyyətdən məlumat verilir.
“Təmir işləri “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb. Təmir müddətində gəminin sualtı və su üstü hissəsi, baş göyərtəsi, maşın şöbəsi və üst qurumu təmizlənib və rənglənib. Maşın şöbəsində baş və köməkçi mühərriklər, köməkçi mexanizmlər, qurğular təmir olunub”, - məlumatda deyilir.
Bununla belə, təmir zamanı gəminin heyətinə məxsus yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar da yenilənib.
“Tanker artıq dəniz sınağından uğurla çıxıb və yenidən yükdaşımalara cəlb edilib”,- məlumatda bildirilir.
“Zəngəzur” tankeri 2009-cu ildə inşa olunub. Gəminin yükgötürmə qabiliyyəti 13 min tona bərabərdir. Gəminin uzunluğu 150, eni 17,3metrdir.
Hazırda ASCO-nun tanker donanması 23 gəmidən ibarətdir. **
N.Abbasova