NATO-nun baş katibi Yens Stoltenberq bazar ertəsi Gürcüstanda keçirilən "NATO-GEO EXERCISE 2019" komanda-qərargah təlimlərinin gedişi ilə tanış olub.
Y.Stoltenberq Gürcüstanın baş naziri Mamuka Baxtadze ilə birlikdə ölkədə NATO ilə birgə fəaliyyət göstərən JTEC təlim mərkəzində olub. NATO-nun baş katibinə təlimlər barədə ətraflı məlumat verilib.
Öncə Y.Stoltenberq bazar ertəsi keçirilən mətbuat konfransında bəyan edib ki, Gürcüstan ərazisində keçirilən hərbi təlimlər NATO ilə bu ölkə arasında əməkdaşlığın yüksək səviyyəsini təsdiq edir.
"NATO-GEO EXERCISE 2019" təlimləri martın 18-dən 29-dək Gürcüstanda keçirilir.
Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərin əsas məqsədi NATO-nun üzv ölkələri və alyansın tərəfdaşlarının Sulahlı Qüvvələrinin uyğunlaşmasının artırılmasıdır.
Məlumata əsasən, təlimlərdə 24 ölkədən 350-dən artıq hərbi qulluqçu iştirak edir. **