Martın 29-da Vyanada Qarabağ münaqişəsinin həlinə dair məsələlər üzrə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan araslnda görüş baş tutacaq. Bu barədə “İnterfaks”a Avstriyanın paytaxtında diplomatik mənbə məlumat verib.
“Görüş martın 29-da Vyanada baş tutacaq. Görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçiriləcək”, - agentliyin həmsöhəti bildirib.
Martın 14-də Azərbaycan XİN başçısı Elmar Məmmədyarov bəyan edib ki, Bakı və İrəvan Azərbaycan prezidenti İ.Əliyev və Ermənistanın baş naziri N.Paşinyanın Qarabağ nizamlanması üzrə görüşün tarixini razılaşdırır.
Onun sözlərinə görə, həmçinin iki ölkənin XİN başçılarının görüşü hazırlanır. “Bu da yüksək səviyyədə görüş ilə yanaşı gedir”, - E.Məmmədyarov bildirib. **