Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çərşənbə axşamı Bakının Nizami rayonunda yanğının baş verdiyi “Diqlas” ticarət mərkəzindən insanları təxliyə edirş Bu barədə yerli mətbuat məlumat verir.
“Ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə baş verən yanğının yayılmasının qarşısı alınıb.Hazırda ticarət mərkəzində olan şəıxslərin təxliyəsi aparılır”, - məlumatda deyilir.
FHN qeyd edir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınla mübarizə aparırlar.
“Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub”, - nazirliyin məlumatında qeyd olunur. **
F.İsazadə